Səhiyyə Nazirliyi konservləşdirilmiş və hisə verilmiş balıq məhsulları üzərində yoxlamalara başlayıb

Səhiyyə Nazirliyi konservləşdirilmiş və hisə verilmiş balıq məhsulları üzərində yoxlamalara başlayıb
# 18 oktyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi konservləşdirilmiş və hisə verilmiş balıq məhsulları üzərində yoxlamalara başlayıb. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib. İ. Abdullayev deyib ki, yoxlamalara bu həftədən etibarən başlanılıb və ayın sonuna kimi davam edəcək. Onun sözlərinə görə, araşdırmalar zamanı respublikanın bir çox regionlarında konservləşdirilmiş və hisə verilmiş balıq məhsullarının istehsal tarixi, saxlanma yeri və digər məsələlər yoxlanılacaq.

İ.Abdullayev qeyd edib ki, mərkəz tərəfindən artıq quş əti və toyuq yumurtası ilə bağlı aparılan yoxlamalar yekunlaşıb: “Yoxlama zamanı müxtəlif regionlar üzrə ümumilikdə 65 nümunə götürülüb. Yoxlamalar nəticəsində həmin məhsullarla bağlı kənara çıxma halları qeydə alınmayıb”.

Şöbə müdirinin sözlərinə görə, ilin sonuna kimi uşaq qidaları, çörək və digər məhsullar üzərində də yoxlamalar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR