Fikrət Məmmədov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Fikrət Məmmədov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb
# 13 iyun 2013 16:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə hakimiyyətinin müstəqilliyi, vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılmasına xidmət edən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, habelə penitensiar sistemin islahatı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini bildirmiş, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR