İranda daha 8 nəfər edam edilib

İranda daha 8 nəfər edam edilib
# 19 fevral 2014 08:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda daha 8 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbuslar Əlborz vilayətində dara çəkiliblər.

Onların ad və soyadları da açıqlanıb. Bunlar Əli Əsğər (Əmir) Xodadust (36 yaş), Əli Zərpuş (29), Əli Əfxəmi (22), Adil Kərəmi (30), Mürtəza Lətafət (33), Məhəmməd Xaliqi (33), Əli Dəbiriyan (35) və Əli Əsğər Kiyandır (41).

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 18-də səhər saatlarında Kərəc şəhərinin Qızılhasar həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR