Azərbaycan prezidenti Niderlandın xarici işlər nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Niderlandın xarici işlər nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 04 fevral 2014 14:16 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Niderland arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Öz növbəsində, F. Timmermans ölkəsinin Azərbaycanla əlaqələri siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu deyib. Nazir Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatına, xüsusilə ölkəmizin qeyri-neft sektoruna böyük maraq göstərdiklərini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, təhsil, birgə layihələr və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR