Uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsi Ukrayna Ali Radasında qeydiyyatdan keçib

Uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsi Ukrayna Ali Radasında qeydiyyatdan keçib
# 08 iyun 2013 07:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə məlumat Ali Radanın rəsmi saytında yerləşdirilib. Layihə artıq Ali Radada qeydiyyatdan keçib.

Məlumatda bildirilir ki, qətnamə layihəsinin təşəbbüskarları deputatlar Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası) və Vilen Şatvoryandır (hakim Regionlar Partiyası).

Layihədə qeyd olunur ki, Ali Rada ermənilərin 1915-1922-ci illərdə Osmanlı İmperiyasında kütləvi məhv edilməsini erməni xalqının soyqırımı kimi tanıyır, 24 apreli isə erməni xalqının soyqırımı qurbanlarının xatirə günü kimi qəbul edir.

Layihənin nə vaxt müzakirəyə çıxarılacağı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR