Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub

Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub
# 30 dekabr 2013 23:47 (UTC +04:00)

Bakı-APA. Paytaxtda 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından keçərək daxil olublar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR