Azərbaycan MSK-nın katibi: “Tacikistanda prezident seçkiləri sakit keçir”

Azərbaycan MSK-nın katibi: “Tacikistanda prezident seçkiləri sakit keçir”
# 06 noyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Tacikistanda prezident seçkiləri sakit keçir, indiyədək hər hansı problemlə rastlaşmamışıq”.

Bunu APA-ya açıqlamasında MDB İcraiyyə Komitəsinin Müşahidə Missiyasının tərkibində Tacikistanda keçirilən prezident seçkilərini izləyən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli söyləyib.

Seçkilərlə bağlı “exit-poll” təşkil olunmadığını söyləyən M.Rəhimli deyib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB Parlament Assambleyası, MDB İcraiyyə Komitəsi və digər qurumların müşahidə missiyaları da Tacikistanda keçirilən prezident seçkilərini izləyir. Ümumilikd, seçkiləri 30 ölkədən 500-dən artıq müşahidəçi müşahidə edir: “Biz bir neçə dairə və məntəqədə seçkiləri müşahidə etmişik. Bir saat sonra, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanacaq. Biz səslərin sayılması prosesini də müşahidə edəcəyik”.

Qeyd edək ki, Tacikistanda prezident postu uğrunda beş namizəd - hazırkı prezident Emoməli Rəhmon (hakim Xalq-Demokratik Partiyası), İsmoil Talbakov (Kommunist Partiyası), Tolibbek Buxariev (Aqrar Partiyası), Olimcon Babayev (İqtisadi İslahatlar Partiyası), Əbdüxalim Qafaraov (Sosialist Partiyası) mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR