Baş Prokurorluq “Kapital Bank”ın Abşeron filialının müdirinin həbsi barədə məlumatları təkzib edib

Baş Prokurorluq “Kapital Bank”ın Abşeron filialının müdirinin həbsi barədə məlumatları təkzib edib
# 04 mart 2014 08:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş Prokurorluq “Kapital Bank”ın filial müdirinin həbsi barədə yayılan məlumatları təkzib edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, “Kapital Bank”ın Abşeron filialının rəhbəri Elvin Rüstəmovun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bəzi KİV-də “Kapital Bank” Abşeron filialında yoxlamaların aparıldığı və filialın rəhbəri Elvin Rüstəmovun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR