Bakı. Real Cəfərli - APA. Ötən gün səhər saatlarında Təbriz şəhərində baş vermiş zəlzələ nəticəsində 8 nəfərin xəsarət aldığı məlum olub. APA-nın «Araznews»a istinadən verdiyi məlumata görə, İranın Şərqi Azərbaycan vilayətinin Təbii fəlakətlərin idarə edilməsi və təcili tibbi yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsul işçisi Həbib Hüseynquluzadə bildirib ki, təbii fəlakət nəticəsində 5 ibtidai sinif şagirdi xəsarət alıb və onlar Təbriz şəhərinin İmam Rza Xəstəxanasına yerləşdiriliblər: «Bu şagirdlər Təbrizin Bağmeşə məhəlləsinə bağlı ibtidai məktəblərdə oxuyurlar».
H.Hüseynquluzadə həmçinin deyib ki, həmçinin, nevroloji problemləri olan daha üç yerli sakin də ambulator qaydada müalicə olunur.
Eyni zamanda Mərkəz rəsmisi Şərqi Azərbaycan vilayətinin aktiv seysmik zona olduğunu vurğulayaraq təbii fəlakətləri idarə etmək üçün yerli sakinləri soyuqqanlı olmağa çağırıb.
Qeyd edək ki, martın 9-da Təbriz şəhərində 3,5 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət Bakı vaxtı ilə saat 10:34-də yerin 17 km dərinliyində, Təbrizdən 8 km, Basmancdan 13 km və Xacədən 19 km uzaqlıqda baş verib.
Təbrizdə baş vermiş zəlzələdə 5 şagird xəsarət alıb
10 mart 2014 09:43 (UTC +04:00)
Hadisə
Göygöldə çayda batan yeniyetmənin cəsədi tapılıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
07:25
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024