Azərbaycan millisi Özbəkistanla görüşəcək

Azərbaycan millisi Özbəkistanla görüşəcək
# 21 aprel 2014 13:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin yoxlama oyununda qarşılaşacağı daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Özbəkistan yığması ilə görüşəcək. Oyunun avqustun 20-də Bakıda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, millimiz mayın 27-də ABŞ-la görüşəcək. Bu matç San-Fransiskoda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR