Azərbaycanda istehlak bazarı 9% artıb

Azərbaycanda istehlak bazarı 9% artıb
# 17 iyun 2014 11:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılan əmtəə və xidmətlərin həcmi 11,1 mlrd. manat olmaqla 2013-cü ilin eyni dövrü ilə müqayisədə 8,5% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pərakəndə ticarət və xidmət şəbəkələrində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcminin 94,7%-i özəl bölmənin fəaliyyəti sayəsində formalaşıb, bu bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin həcmi 9,0% artaraq 10,5 mlrd. manat olub.

İstehlak bazarı üzrə real artımın 99,7%-i özəl bölmənin təsərrüfat subyektlərində yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR