® Dünya Azərbaycana gəlir - FOTO

<font color=red>® </font>Dünya Azərbaycana gəlir - <span style="color: red;">FOTO
# 07 may 2014 14:29 (UTC +04:00)

“Miss Globe İnternational” müsabiqəsinin final mərhələsi Azərbaycanda baş tutacaq

Bakı - APA. Dünyanın ən nüfuzlu beynəlxalq forum, müsabiqə və idman yarışlarının dəyişməz ünvanına çevrilən Azərbaycan ildən-ilə daha çox sayda sanballı beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Hələ ötən əsrin 90-cı illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” müdrik kəlamı ulu öndərin siyasi uzaqgörənliyinin bariz nümunəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi siyasət sayəsində hazırda Azərbaycan regionun istər iqtisadi, istərsə də siyasi lideridir. Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihə gerçəkləşmir, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilmiş ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin etibarlı təşkilatçısı imicini də qazanıb. Dünyanın ən böyük gözəllik yarışması - “Miss Globe İnternational” müsabiqəsinin final mərhələsi ilk dəfə olaraq doğma Azərbaycanımızın gözəl paytaxtı Bakının əsrarəngiz “Crystal Hall” sarayında keçiriləcək. Bu münasibətlə “Miss Globe İnternational”ın sahibi Rasim Aydınla “Merac Production”un prezidenti Səbuhi Əliyev arasında razılıq haqda rəsmi sənəd imzalanıb. “Miss Globe İnternational”ın sahibi Rasim Aydın ABŞ-ın RCA Global Entertaiment şirkətini Hollivuddan satın almış və 2010-cu ildən etibarən “Miss Globe İnternational”ın mərkəzi Türkiyədir. Beləliklə, dünyanın ən böyük gözəllik yarışması Türkiyəyə aiddir. Rasim Aydının sözlərinə görə, “Miss Globe İnternational”ın 89-cu finalının Bakıda keçirilməsi dünyanın diqqətinin bir daha Azərbaycana yönəlməsini şərtləndirəcək və ölkəmizin beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verəcək. “Miss Globe İnternational” Merac Production və Signs Art Adventure şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Signs Art Adventure şirkətinin prezidenti və layihənin rəhbəri Nigar Məmmədovanın sözlərinə görə, 1925-ci ildən etibarən hər il fasilə verilmədən keçirilən yarışmanın 89-cu finalının möhtəşəm olması üçün peşəkar komanda bir araya gəlib. Bu il ən azı 100 ölkədən olan gözəl qızlar Xəzərin sahilindəki möhtəşəm sarayın səhnəsində “Miss Globe İnternational”un 89-cu finalında mübarizə aparacaqlar. Eleven Night Club & Lounge-da baş tutan mətbuat konfransında Miss Globe İnternational müsabiqəsinin 89-cu finalının baş sponsorunun "Khazar Islands New City" AVESTA concerni olduğu da bildirilib. Ümumilikdə “Miss Globe İnternational” müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi var ki, onlardan 25–i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycanın paytaxtına gələcəklər. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan “Miss Globe İnternational” yarışmasının finalı dünyanın ən az 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq. “Miss Globe İnternational” iki mərhələdən ibarətdir. Birinci mərhələ “Miss Globe National Baeuty” müsabiqəsidir. Milli finallarda qələbə qazanaraq öz ölkələrinin ən gözəli seçilmiş qızlar, ikinci mərhələyə vəsiqə qazanaraq güclərini “Miss Globe İnternational” yarışmasında sınamaq imkanı əldə edirlər. Yaxın günlərdə “Miss Globe Azerbaijan” seçmək üçün kastinq elan olunacaq. 20-30 may tarixlərində arasında kastinq yekunlaşacaq və ölkəmizi bu nüfuzlu beynəlxalq gözəllik yarımasında təmsil edəcək Azərbaycan gözəli müəyyən olunacaq. “Miss Globe İnternational”-ın 89-cu finalı iyunun 21-də “Crystall Hall”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR