TQDK: Son doqquz ildə məzunların sayı azalıb

TQDK: Son doqquz ildə məzunların sayı azalıb
# 23 yanvar 2014 13:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda 2013-cü ildə ümumi təhsil müəssisələrinin 88 697 məzunu olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, son doqquz ildə məzunların sayı 34 411 nəfər azalıb ki, bu meyl də artıq bir neçə ildir ki, müşahidə olunur.

Beləliklə, son doqquz ildə məzunların sayı 27.95% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2013-cü ildə sənəd verənlərin 60.66 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirilib ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63 faiz, 2011-ci ildə isə 58.39, 2012-ci ildə isə 58.84 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR