Lənkəranın daha 3 kəndinə təbii qaz verilib - FOTOSESSİYA - VİDEO

Lənkəranın daha 3 kəndinə təbii qaz verilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 yanvar 2014 15:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Yanvarın 28-də Lənkəran rayonunun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov, “Azəriqaz” İstehsalat Birliyinin əsaslı təmir və tikinti şöbəsinin müdiri Natiq Əsgərov çıxış edərək, əlamətdar hadisə münasibətilə sakinlərə xoş arzularını çatdırmaqla “mavi alov”un onların evlərinə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıblar. Lənkəran ŞİH başçısının Sütəmurdov, Siyavar və Lüvəsər inzibati ərazi dairələri üzrə nümayəndələri Anar Hüseynov, Mircavad Abbasov, Əflatun Əsgərov, yerli sakinlərindən Mahmud Məmmədov, Fərman Abbasov, Böyükağa Əliyev və başqaları uzun illik fasilədən sonra onların mənzillərinə yenidən təbii qazın verilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-in və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda qazın açılışını bildirən rəmzi məşəllər alovlandırılıb, bir neçə evə baxış keçirilib.

Qeyd edək ki, ümumilikdə 1567 abonenti olan Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 19979 metr uzunluğunda polietilen və 37779 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR