Bakı Ali Neft Məktəbi ali təhsil müəssisələrinin reytinqində ilk yeri tutub

Bakı Ali Neft Məktəbi ali təhsil müəssisələrinin reytinqində ilk yeri tutub
# 29 yanvar 2014 09:01 (UTC +04:00)

BANM-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin reytinq göstəricilərində Bakı Ali Neft Məktəbi onluqda birinci yerdə dayanıb.

Qəbulun nəticələri üzrə ali məktəblərin ilk onluğu belədir: Bakı Ali Neft Məktəbi (14250), İnformasiya Texnologiyaları Universiteti (12506), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (8428), Azərbaycan Tibb Universiteti (6039), Azərbaycan Diplomatiya Akademiyası (3804), “Qafqaz” Universiteti (3659), Bakı Dövlət Universiteti (3601), Azərbaycan Dillər Universiteti (3125), Naxçıvan Dövlət Universiteti (2973), Azərbaycan Dövlət Neft Akademiyası (2907)

Bakı Ali Neft Məktəbi özünün 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini yenə də qoruyub saxlayıb. 2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə Bakı Ali Neft Məktəbində minimal keçid balı 634, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 661 , “Kimya mühəndisliyi” ixtisası üzrə 646, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 669 olmuşdur. 1-ci qrupda 600-dən çox bal toplamış 369 abituriyentdən 121-i (32,79%-i) Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Neft-qaz mühəndisliyi” ixtisası 1-ci qrup ixtisasları üzrə müsabiqədə birinci yerdə ən çox göstərilmiş ixtisas olub. Belə ki, Azərbaycan bölməsində ixtisasa sənəd verənlərin ümumi sayının 58,75%-i, rus bölməsində isə 68,92%-i Bakı Ali Neft Məktəbinin bu ixtisasını birinci yerdə göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR