“Bank VTB (Azərbaycan)” aktiv və kreditlərin artım portfelinin dinamikasına görə ölkə bankları arasında ilk üçlüyə daxil olub

“Bank VTB (Azərbaycan)” aktiv və kreditlərin artım portfelinin dinamikasına görə ölkə bankları arasında ilk üçlüyə daxil olub
# 30 iyun 2014 07:18 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. “Bank VTB (Azərbaycan)” aktivlərin və kredit portfelinin dinamikasına görə ölkə bankları arasında ilk üçlüyə daxil olub.

Bu barədə “APA-Economics” tərəfindən hazırlanan renkinqdə qeyd olunur.

Bu ilin I rübünə olan fəaliyyətinin yekunları üzrə ölkə banklarının maliyyə göstəricilərinə əsaslanaraq, bank aktivlərin və kredit portfelinin dinamikası üzrə Azərbaycan banklar arasında ikinci yerdədir.

Ötən ilin I rübü ilə müqayisədə bankın aktivləri 2,1 dəfə artaraq 205,371 mln. manata, kredit portfelinin həcmi üzrə isə 2,3 dəfə artaraq 194,377 mln. manata çatıb.

Bundan əlavə, bank istehlak kreditlərinin artım dinamikası üzrə ölkə bankları arasında üçüncü yeri və avtomobil kreditləri ikinci yeri tutub.

Müştərilərinin sayına görə bank 17-ci, kredit portfelinin həcminə görə 19-cu, bazardakı istehlak kreditlərinin payına görə isə 8-ci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR