Azərbaycanın kənd təsərrüfatı naziri bu gün Kənd Təsərrüfatı Nazirlərinin Berlin Sammitində iştirak edəcək - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri bu gün Kənd Təsərrüfatı Nazirlərinin Berlin Sammitində iştirak edəcək - <span style="color: red;">FOTO
# 18 yanvar 2014 10:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Almaniyada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Kənd Təsərrüfatı Nazirlərinin Berlin Sammitində iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nazir ötən gün Berlində keçirilən beynəlxalq «Yaşıl Həftə» sərgisində Azərbaycan stendinin açılışında iştirak edib.


Azərbaycanın stendinə Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Hans Peter Fridrix və Berlin şəhərinin meri Klaus Voverayt da baxış keçiriblər. Onlar ölkəmizə məxsus olan müxtəlif ərzaq və kənd təsərrüfatı məhsulları ilə tanış olublar.


H.Əsədov Almaniya Ərzaq və Kənd Təsərrüfatı Nazirliyində ekspertlərlə görüş də keçirib. Görüş zamanı Almaniyanın kənd təsərrüfatı sahəsindəki təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və səfirliyin müşaviri Rizvan Nəbiyev də iştirak ediblər.


Qeyd edək ki, Azərbaycan bu il sərgidə 9 şirkətlə 100-dən çox çeşiddə kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmsil olunub. Bununla yanaşı, sərgidə Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşür və disklər nümayiş etdirilib.


Xatırladaq ki, Azərbaycan bu sərgidə artıq 7-ci dəfədir təmsil olunur. 1926-cı ildən təşkil olunan «Yaşıl Həftə» sərgisi ərzaq və kənd təsərrüfatı üzrə ən böyük sərgidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR