Azərbaycan İpoteka Fondu daha bir istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb

Azərbaycan İpoteka Fondu daha bir istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 30 dekabr 2013 07:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazların sonuncu bu il üçün tranşının yerləşdirilməsi həyata keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda 5 mln. manat həcmində istiqraz yerləşdirilib.

İstiqrazların ödənilmə tarixi 2023-cü il avqustun 23-dür. Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının sonuncu emissiyasının prospekti bu ilin sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə 3% təşkil edib.

Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də başlanılıb və artıq emissiya tam həcmdə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR