Gəncədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir - VİDEO

Gəncədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 04:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Təbii fəlakətin Gəncənin şəhər təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması işləri davam edir. APA-nın məlumatına görə, ötən gündən şəhərdə qasırğa nəticəsində yararsız hala düşmüş dam örtüklərinin yenilənməsi işlərinə başlanılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin verdiyi məlumata görə, güclü qasırğa Gəncədə 300-ə yaxın yaşayış binasında, fərdi yaşayış evləri və ictimai-sosial obeyektlərin inzibati binalarının dam örtüklərinə ciddi ziyan vurub.

Fövqəladə Hallar Nazirliyi və Gəncə şəhər icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya zərərin qeydə alınması işlərini həyata keçirir. Artıq 300-binadan 15-nin dam örtüyünün dəyişdirilməsi üçün lazimi tikinti və təmir materialları ərazilərə gətirilib, işlərə start verilib. Elmar Vəliyev jurnalistlərə açıqlamasında işlərin 2 həftə ərzində tamamlanacağının nəzərdə tutulduğunu bildirib.

İcra başçısı təbii fəlakətin Gəncəyə vurduğu ziyanın məbləğini açıqlamağın hələ tez oldutunu bildirib:

Gəncədə təbii fəlakətin zərərin aradan qaldırılmasına operativliyi təmin etmək məqsədi ilə "Qaynar xətt" də yaradılıb. Sakinlər bu yolla qasırğanın vurduğu ziyan barəsində məlumat verə bilərlər. Şikayətləri müvafiq komissiya üzvləri qeydə aldıqdan sonra yerində araşdırma aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR