Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib
# 26 fevral 2014 07:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, nazirlik üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti informasiya sahibi kimi nazirliyin vəzifələri sırasında yer alıb. Qaydalar nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilib.

Bundan başqa, əmrə əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Nazirlik Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nazirliyin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR