Azərbaycanda havanın temperaturu kəskin enəcək - VİDEO

Azərbaycanda havanın temperaturu kəskin enəcək - <span style="color: red;">VİDEO
# 27 mart 2014 10:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 29-da cənub küləyinin güclənməsi, temperatur rejiminin nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-a keçən gecədən başlayaraq, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əksər rayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi qar yağacağı gözlənilir.

Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR