Ceyrançölün mina və PHS-dən təmizlənməsi layihəsinin ikinci mərhələsinə gələn ilin iyununda başlanacaq

Ceyrançölün mina və PHS-dən təmizlənməsi layihəsinin ikinci mərhələsinə gələn ilin iyununda başlanacaq
# 19 dekabr 2013 10:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) gələn ilin iyun ayında Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi layihəsinin ikinci mərhələsinə başlayacaq.

Bu barədə APA-ya açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

N. İsmayılovun sözlərinə görə, bu yaxınlarda NATO layihənin ikinci mərhələsinə dəstəyini bəyan edib.

Layihənin birinci mərhələsində işlərin qrafikə uyğun davam etdiyini deyən N. İsmayılov bildirib ki, Ceyrançöldə mina və PHS ilə çirklənmiş ərazinin sahəsi 64 milyon kvadratmetrdən çoxdur. Ərazi təmizləndikdən sonra oradan həm Gürcüstanla sərhədi mühafizə edən Sərhəd Qoşunları müəyyən infrastrukturun yaradılmasında istifadə edəcək, həm də kənd təsərrüfatına yararlı torpaqlardan istifadə olunacaq.

ANAMA direktoru onu da əlavə edib ki, «Saloğlu» layihəsinin davamı olaraq həyata keçirilən «Ceyrançöl» layihəsinin icrası NATO tərəfindən yüksək qiymətləndirilib.

N. İsmayılov bu yaxınlarda Füzuli rayonunda Sərhəd Qoşunlarının sifarişi üzrə daha bir ərazidə minatəmizləmə əməliyyatlarına başlayacaqlarını da bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR