Göyçayda əmək yarmarkası keçirilib

Göyçayda əmək yarmarkası keçirilib
# 27 sentyabr 2013 16:47 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda əmək yarmarkası keçirilib.

APA-nın məlumatına görə, əmək yarmarkasında iştirak edən vətəndaşlara 9-u dövlət, 8-i özəl olmaqla 17 idarə, müəssisə və təşkilat tərəfindən 132 boş iş yeri təqdim olunub. İş yerlərindən 55-i dövlət, 77-si özəl təşkilatların payına düşür.

Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif olunub. Yarmarkada iştirak edən 250 nəfər iş axtaran və işsiz vətəndaşdan 54-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 403 nəfər iş axtaran vətəndaş qeydiyyata alınıb, onlardan 233 nəfəri münasib işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR