Azərbaycan yığması Latviya klubuna qalib gəlib

Azərbaycan yığması Latviya klubuna qalib gəlib
# 07 oktyabr 2013 09:38 (UTC +04:00)

Bakı – APA. Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Latviya çempionatının I divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Orxan Əliyevin vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0.


Qeyd edək ki, U-19 yığmamız oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Komandamız İrlandiya, Bosniya və Hersoqovina və İsveç yığmaları ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR