Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan edib - FOTO

Gənclər Fondu dördüncü qrant müsabiqəsini elan edib - <span style="color: red;">FOTO
# 03 oktyabr 2013 14:47 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondan APA-ya verilən məlumata görə, toplantının gündəliyinə “C” kateqoriyası üzrə müsabiqənin elan olunması, qrant müsabiqələrinin təşkilini tənzimləyən sənədlərin təsdiq olunması və cari məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov yeni qrant müsabiqəsinin məqsədləri, şərtləri və prioritet mövzuları haqqında məlumat verib. Qeyd edilib ki, müsabiqə gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək məqsədilə təşkil olunur. “C” kateqoriyası üzrə keçirilən müsabiqədə yalnız yaşı 14-dən 29-dək olan fiziki şəxslər iştirak edə bilərlər. Layihələri 2013-cü ildə Fond tərəfindən maliyyələşdirilmiş gənclər təşkilatlarının rəhbərlərinin, həmin layihələrin işçi heyətinin, habelə “C” kateqoriyası üzrə qrant almış fiziki şəxslərin bu müsabiqədə iştirakına məhdudiyyət qoyulması nəzərdə tutulur. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən təhsildəki son yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və olimpiadaların keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, ictimai davranış qaydalarının, könüllülüyün və tolerantlığın təbliği, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, ətraf mühitin mühafizəsi və s. istiqamətlərdə hazırlanan layihələrə üstünlük veriləcək.

Müzakirələr nəticəsində hər bir layihə təklifi üçün Fond tərəfindən ayrıla biləcək maksimal məbləğ 4 min manat müəyyən edilib, müsabiqənin 2013-cü il oktyabrın 4-dən noyabrın 18-dək keçirilməsi qərara alınıb.

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR