Əbülfəs Qarayev Kuba, Niderland və Türkmənistan səfirləri ilə görüşüb - FOTO

Əbülfəs Qarayev Kuba, Niderland və Türkmənistan səfirləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2014 10:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kubanın Azərbaycandakı səfiri Omar Medina Quintero, Niderland Krallığının Azərbaycandakı səfiri Robbert Qabriyelsen və Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovla görüşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, görüşlərdə Azərbaycan və Kuba, Niderland və Türkmənistan arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, mədəniyyət və turizm sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Səfirlər bildiriblər ki, ölkəmizlə əməkdaşlıq uğurla davam edir, Azərbaycanla sözü gedən ölkələr arasındakı əməkdaşlığın hazırkı inkişaf səviyyəsi təqdirəlayiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR