AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olmuş Heikki Talvitie Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət edib

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olmuş Heikki Talvitie Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət edib
# 01 noyabr 2013 11:15 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyinin 2003-2005-ci illər üzrə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi olmuş Heikki Talvitie bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ziyarət edərək Nizami Gəncəvi irsi ilə tanış olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, Finlandiya ilə Azərbaycan mədəni əlaqələrində əhəmiyyətli layihələri icra edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri sırasında Finlandiyanın 2000-2012-ci illərdə prezidenti olmuş Tarja Halonen fəaliyyət göstərir və Finlandiya ilə əlaqələr daima inkişaf etmək tempi üzrə davam etməkdədir.

Səfir Nizami Gəncəvi irsinin əhəmiyyətin vurğulayaraq deyib ki, 9 əsr öncə yaşamış bir filosof və şairin müasir dövr üçün xüsusi əhəmiyyət kəsb edən qlobal problemlərə münasibəti insanı heyran edir. Söhbət zamanı 2014-cü ilin aprel ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun təşkil edəcəyi Forum və müzakirə olunacaq mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR