Sentyabrın 26-da “Mahmud və Məryəm” filminin təqdimatı olacaq

Sentyabrın 26-da “Mahmud və Məryəm” filminin təqdimatı olacaq
# 05 sentyabr 2013 14:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 26-da Nizami Kino Mərkəzində xalq yazıçısı Elçin Əfəndiyevin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı filmin təqdimatı olacaq.


C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, tədbirdə Türkiyədən aktyorlar, rejissorlar iştirak edəcək. Nizami Kino Mərkəzində təqdimat keçiriləndən sonra filmin nümayişləri davam edəcək.

“Mahmud və Məryəm” filmi romantik, dram janrında çəkilib. Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir.

Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR