«Sazz İnternet»dən Qurtuluş Günü münasibətilə hədiyyə kampaniyası keçirir

«Sazz İnternet»dən Qurtuluş Günü münasibətilə hədiyyə kampaniyası keçirir
# 14 iyun 2013 13:10 (UTC +04:00)

Bakı - APA-Economics. «Sazz Internet» 15 iyun - Qurtuluş günü münasibətilə yeni müştərilər üçün xüsusi hədiyyə kampaniyası keçirəcək.

APA-Economics”in xəbərinə görə, kampaniya müddətində «Sazz İnternet» abunəçisi olmaq istəyən hər kəsə «AX 326 Sazz USB» modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və 60 günlük abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir.

Hədiyyə kampaniyası iyun ayının 15, 16 və 17-də şirkətin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərindəki bütün Sazz 4G satış nöqtələrində keçiriləcək. «Sazz İnternet»in bütün satış nöqtələri həftənin şənbə və bazar, həmçinin bütün bayram günlərində xidmət göstərir.

Xatırladaq ki, «Sazz İnternet» yeni abunəçilərə İnternet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir. Hazırda «Sazz İnternet» Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda isə “Sazz İnternet”in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR