Aslan Kəmərlinin 70 illik yubileyi qeyd olunub

Aslan Kəmərlinin 70 illik yubileyi qeyd olunub
# 17 may 2013 16:52 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair-publisist Aslan Kəmərlinin 70 illik yubileyi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və bir çox qələm adamları iştirak edib.

Çıxış edənlər A.Kəmərlinin həyat və yaradıcılığı haqqında məlumat verib, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olub. Ədəbi yaradıcılığa "Xala bənzər", "Dənizdə şəhər" adlı ilk mətbu şeirləri ilə başlayıb. Həmin lirik şeirləri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış edib. 1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat edib, doğma kəndində dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR