Cəlilabadda çoxsaylı oğurluq hadisələrində təqsirləndirilən şəxslər saxlanılıb - VİDEO

Cəlilabadda çoxsaylı oğurluq hadisələrində təqsirləndirilən şəxslər saxlanılıb - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 13:23 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda uzun müddətdən bəri mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, oğurluqda təqsirləndirilən şəxslər rayonun Sabirabad kənd sakini Oqtay Əmənova məxsus örüş sahəsindən 6 baş iribuynuzlu mal-qaranı aparmaq istəyərkən yerli sakinlər buna mane olublar. Onlar qaçmağa müvəffəq olublar. Hadisə barədə təcili Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verildikdən sonra zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qısa müddətdə əvvəlcə Cəlilabad rayon sakini, 20 yaşlı Araz Aşur oğlu Mahmudov şübhəli şəxs qismində yaxalanaraq istintaqa cəlb olunub. Bunun ardınca dəstənin digər üzvləri olan rayon sakinləri, 23 yaşlı Elçin Hacıbala oğlu Məmmədov, 26 yaşlı Kamal Əbülfəz oğlu Əliyev, 25 yaşlı Camal Əbülfəz oğlu Əliyev və Şamxal Elmar oğlu Niftullayev, 17 yaşlı Nahid Kamal oğlu Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin rayon sakinlərinə məxsus iribuynuzlu mal-qaranı oğurlamaqla yanaşı, ayrı-ayrı vaxtlarda rayonda yerləşən mağazaları, poçt məntəqələrini qarət etdikləri də məlum olub. Nəticədə ayrı-ayrı vətəndaşlara xeyli miqdarda maddi ziyan dəyib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR