Azərbaycan və Malayziya məhkəmələri əməkdaşlıq edəcək

Azərbaycan və Malayziya məhkəmələri əməkdaşlıq edəcək
# 14 aprel 2014 13:37 (UTC +04:00)

Kuala Lumpur. Rəşad Süleymanov - APA. Azərbaycan və Malayziya məhkəmələri əməkdaşlıq qurmağa hazırlaşırlar.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bildirib.

Səfirin sözlərinə görə, yaxın vaxtlarda Malayziya Ali Məhkəməsinin sədrinin Azərbaycana, Azərbaycanın Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi sədlərinin isə Malayziyaya səfərləri planlaşdırılır.

Səfər zamanı məhkəmə-hüquq sistemində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfərlər yay aylarına nəzərdə tutulur və hazırda dəqiq tarixləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR