Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var

Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var
# 29 may 2013 09:58 (UTC +04:00)

Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, aktyorun xəstəliyi xroniki hal aldığına görə, ev şəraitində müalicəsi mümkün deyil: “Nəzərdə tutduğumuza görə, 20 gündən çox xəstəxana şəraitində olmalıdır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda səhhətində yaxşılığa doğru dəyişiklik var”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 24-də Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Siyavuş Aslan 2011-ci ilin avqust ayında işemik insult keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR