Masallıda fərdi evdə güclü yanğın olub

Masallıda fərdi evdə güclü yanğın olub
# 07 dekabr 2013 06:54 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dekabrın 7-də saat 6.30 radələrində rayonun Böyük Xocavar kənd sakini, 1970-ci il təvəllüdlü Qənimət Babaxan qızı Məlikovaya məxsus iki mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Bir saatdan sonra yanğın tam lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 360 kvadratmetrlik evin ikinci mərtəbəsi içindəki məişət əşya və avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR