Harvard Universitetində Azərbaycan Beynəlxalq Bankının layihə təqdimatı keçirilib

Harvard Universitetində Azərbaycan Beynəlxalq Bankının layihə təqdimatı keçirilib
# 29 aprel 2014 09:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Behnam Qurbanzadə Harvard Universitetinin Hüquq Məktəbi tərəfindən keçirilmiş İslam maliyyələşdirməsi və sığortası üzrə beynəlxalq konfransda iştirak edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, B.Qurbanzadə kredit portfelinin təkmilləşdirilməsi və İslam bankçılığı vasitəsilə kommersiya banklarının müştərilərini maliyyələşdirilməsi ilə bağlı problemlərə dair layihəni təqdim edib.

Layihənin təqdimatında Harvard Universitetinin professorları, ABŞ-ın bank və investisiya fondlarının nümayəndələri, gənc alim və iş adamları iştirak edib.

B.Qurbanzadə konfransda iştirakını bu cür şərh edib: “Biz bankların problemlərini Musharakah aləti (mənfəət və zərərlərdə ortaq investisiya əməkdaşlıq fəaliyyəti) vasitəsilə həll etməyə icazə verən bir layihə təqdim etdik. Layihənin təqdimatı uğurlu oldu, iştirakçılar Azərbaycanın bu sahədəki uğurlarına çox təəccübləndilər . Komissiya ABB ilə İslam bankçılığı və maliyyələşdirməsi sahəsində əməkdaşlıqda maraqlı olduğunu, Harvard Universitetinin nümayəndələri isə təqdimatın sonunda bu məqsədlə Azərbaycana səfər etmək arzularını bildirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR