Azərbaycan prezidenti Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib

 Azərbaycan prezidenti Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib
# 31 oktyabr 2013 15:41 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüüteli qəbul edib.

APA-nın xəbərinə görə, Arnold Rüütel yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirilib, Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR