Azərbaycanda daha bir bankın vəzifəli şəxslərinin qanunsuz  əməlləri aşkarlanıb

Azərbaycanda daha bir bankın vəzifəli şəxslərinin qanunsuz  əməlləri aşkarlanıb
# 16 sentyabr 2013 14:00 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dekabank” KB ASC-nin Nəsimi filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisadçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanovanın qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərməklə ümumilikdə bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR