İşlətdiyi xarici vətəndaşları rəsmiləşdirməyən hüquqi və fiziki şəxslərə tətbiq olunan cərimələrin artırılması planlaşdırılmır

İşlətdiyi xarici vətəndaşları rəsmiləşdirməyən hüquqi və fiziki şəxslərə tətbiq olunan cərimələrin artırılması planlaşdırılmır
# 10 iyun 2014 12:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda işlətdiyi xarici vətəndaşları rəsmiləşdirməyən hüquqi və fiziki şəxslərə tətbiq olunan cərimələrin yaxın vaxtlarda artırılması planlaşdırılmır. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. Məlumatlandırma işlərinin gücləndirildiyini söyləyən F. Nəbiyev bildirib ki, regionlarda yerli icra orqanları və şirkət rəhbərlərinin iştirakı ilə görüşlər keçirilir, qanunvericilik izah olunur: “Son zamanlar bu hallar azalıb. Aşkarlananlar isə tək-tək fərdi qaydada çalışanlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR