İntizam Komitəsi klubları cəzalandırıb

İntizam Komitəsi klubları cəzalandırıb
# 17 dekabr 2013 12:20 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XVII turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.


“Simurq” – AZAL matçının 79-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakı” və “Qəbələ” ilə qarşılaşmada 4 oyunçusu xəbərdarlıq alan “Neftçi” hərəyə 1000 manat ödəməli olacaq.

Sonuncular azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün daha 1000 ziyana düşüb. Matçın 84-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Müşfiq Teymurovun meydandan qovulması əyalət təmsilçisinə 200 manata başa gəlib. Gənc oyunçunun özü isə 1 matçlıq cəzalanıb. Qarşılaşmanın 87-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi Dmitri Kramarenkonun texniki-zona qaydalarını pozması və bu üzdən meydandan kənarlaşdırılması da cəzasız qalmayıb. Çalışdırıcı 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub.

Apellyasiya və Ekspert Komitəsi “Sumqayıt” klubunun müraciətinə əsasən “Bakı” ilə görüşdə Samir Abasova verilmiş cəzaya yenidən baxılmasını üçün İntizam Komitəsinə göndərib. Aparılmış araşdırılmalar və daxil olmuş yeni faktları əsas gətirən komitə səhvini düzəldərək, futbolçuya verilmiş cəzanı ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR