Ombudsman BMT QAK Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib

Ombudsman BMT QAK Azərbaycan nümayəndəliyinin rəhbərini qəbul edib
# 02 may 2014 15:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdsonu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman təsisatı ilə BMT QAK arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.

Ombudsman öz fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət yetirilən prioritet məsələlərdən olduğunu vurğulayıb.

D.Siqurdson Ombudsman təsisatı ilə əməkdaşlığı yüksək qiymətləndirib, qaçqın və məcburi köçkünlərə, o cümlədən qadınlara, ahıllara və uşaqlara ünvanlanan birgə treninqlərin keçirilməsinin, ödənişsiz hüquqi yardım göstərilməsinin vacibliyini qeyd edib.

Qonaq Ombudsmana faydalı fikir mübadiləsi, səmərəli təkliflər üçün minnətdarlığını bildirib, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümid bəslədiyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR