“Atəşgah” sığorta şirkəti KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib

“Atəşgah” sığorta şirkəti KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib
# 16 aprel 2014 08:25 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanın lider sığortaçılarından biri olan “Atəşgah” sığorta şirkəti 2014-cü ilin əvvəlindən KASKO üzrə növbəti iri sığorta ödənişlərini həyata keçirib.

Məbləği 14 000 manat təşkil edən sığorta ödənişi idarəetməni itirib aşan Volkswagen Passat CC markalı avtomobilin sahibinə verilib. Hadisə Bakı - Qazax magistral yolunun 371-ci km-də baş verib.

Digər hadisə Bakı-Qazax magistral yolunun 180-ci km - də baş verib. İdarəetməni itirərək aşan Kia Sorento markalı avtomobilin sahibinə KASKO sığortası üzrə 16 600 manat ödənilib.

Bu ilin fevralında isə paytaxtın A. Bakıxanov və R. Behbudov küçələrinin kəsişməsində Volkswagen Passat CC və Hyundai Sonata markalı avtomobillər toqquşub.

Bu hadisəyə görə Volkswagen Passat CC markalı avtomobilin sahibinə 14 205 manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR