Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 27 sentyabr 2013 06:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,4% artaraq 1 barelə görə 103,03 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 26-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,89 dollar və ya 0,8% artaraq 109,21 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR