Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var - VİDEO

Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var - <span style="color: red;">VİDEO
# 09 fevral 2014 01:13 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1976-cı il təvəllüdlü Lətifov Vaqif Məmməd oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər V.Lətifovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR