Elmar Məmmədyarov: “Bütün üzv ölkələr BMT Nizamnaməsində əksini tapmış öhdəliklərə ciddi əməl etməlidir” - APA TV

Elmar Məmmədyarov: “Bütün üzv ölkələr BMT Nizamnaməsində əksini tapmış öhdəliklərə ciddi əməl etməlidir” - <span style="color: red;">APA TV
# 07 avqust 2013 07:36 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan bir çox halda beynəlxalq hüququn norma və prinsiplərinin yanlış təfsiri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətinin azaldılması cəhdlərindən narahatdır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda “Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin regional və subregional təşkilatlarla əməkdaşlığı” mövzusunda BMT TŞ-nin təşkil etdiyi debatda çıxışında deyib. O bildirib ki, təşkilatın bütün üzvlərinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə münasibətdə təşkilatın Nizamnaməsində əksini tapmış öhdəliklərə ciddi əməl etməsi çox vacibdir. Nazir bəyan edib ki, silahlı münaqişələrin sülh yolu ilə həlli beynəlxalq hüquq əsasında həyata keçirilməlidir.

E. Məmmədyarovun sözlərinə görə, Azərbaycan işğaldan və geniş miqyaslı etnik təmizləmədən əziyyət çəkən ölkə kimi regional və subregional təşkilatların fərdi məsuliyyət prinsipinə töhfəsini qəti şəkildə dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR