Aprelin 10-da Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək

Aprelin 10-da Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək
# 10 aprel 2014 04:32 (UTC +04:00)

APA-nın məlumatına görə, turnirin favoriti hesab edilən Turinin “Yuventus” klubu Fransanın “Lion” komandasın qəbul edəcək.

Bundan başqa, Ispaniyanın “Sevilya” komandası Portuqaliyanın “Portu”, digər ispan klubu– “Valensiya” İsveçrənin “Bazel”, daha bir Portuqaliya təmsilçisi "Benfika" öz meydanında Hollandiyanın "AZ Alkmaar" klubu ilə qarşılaşacaq.

1/4 finalın bütün cavab oyunları Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının nəticələri:

“Porto” – “Sevilya” - 1:0

“Alkmaar” – “Benfika” - 0:1

“Lion” – “Yuventus” - 0:1

“Bazel” – “Valensiya” - 3:0.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR