Vaqif Dərgahlı: “Mətbuatla münasibətləri qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam”

Vaqif Dərgahlı: “Mətbuatla münasibətləri qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam”
# 07 yanvar 2014 08:13 (UTC +04:00)

Bu barədə APA-ya açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib ki, mətbuatla münasibətlərini qarşılıqlı anlaşma əsasında davam etdirəcək: “Cənab nazirin əmri ilə mən bu vəzifəyə təyin edilmişəm. Hal-hazırda həmin vəzifəni və işləri qəbul etmişəm, bu səlahiyyətləri yerinə yetirirəm. Mətbuatla münasibətlərimi hərbi və dövlət sirlərinin qorunması şərtlərini təmin etməklə, qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında quracağam”.

Qeyd edək ki, V. Dərgahlı bu vəzifəyə qədər nazirliyin İnformasiya İdarəsində çalışıb.

Polkovnik-leytenant Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov (Ukrayna) Ali Hərbi-Siyasi Məktəbinin hərbi-jurnalistika fakültəsini bitirib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Elmi Mərkəzdə, İnformasiya İdarəsində, Müdafiə nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.

2013-cü ilin dekabr ayının 31-dən Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının müharibə veteranı və Silahlı Qüvvələr veteranıdır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR