Braziliya nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Braziliya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
# 24 may 2013 09:57 (UTC +04:00)

Bakı – APA. Mayın 20-22-də Braziliya xarici işlər nazirinin müavini Hadil da Roşa Viananın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər zamanı Braziliya nümayəndə heyəti xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov, AZAL QSC prezidentinin birinci müavini Sabir İlyasov və AZAL QSC-nin vitse-prezidenti Arif Məmmədovla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Braziliya arasında ticari-iqtisadi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, iki ölkənin investisiya imkanları barəsində qarşılıqlı məlumat mübadiləsi, işgüzar dairələr arasında təmasların yaradılması, həmçinin kənd təsərrüfatı, yeyinti sənayesi, o cümlədən aviasiya sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb.

Azərbaycan rəsmiləri qonaqlara ölkənin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən iri həcmli layihələr, habelə bir çox sahələrdə aparılan islahatlar haqqında məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR