FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb - FOTO - VİDEO

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 17:39 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda bir nəfər intihara cəhd edib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs intihar etmək məqsədilə özünü onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından aşağı atıb və binanın 2-ci mərtəbəsinin eyvanının damına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi aşağı endirərək hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verib. Əməliyyat saat 17:54-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR