«Amrahbank»ın mənfəəti son bir ildə 2 dəfə artıb

«Amrahbank»ın mənfəəti son bir ildə 2 dəfə artıb
# 04 dekabr 2013 07:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nın 2013-cü ilin yanvar-noyabr ayları üzrə mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 5,1 mln. manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bankın məlumatında deyilir.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş «Amrahbank» həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsulları, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri təqdim edir.

Bəhreyn Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən «Amrahbank»ın strateji səhmdarıdır. Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları da əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR