Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə olub

Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə olub
# 23 aprel 2014 10:14 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 21-də Lerik rayonu Zərdələrə kəndinin ərazisində keçirilən yas mərasimindən 11 kənd sakini qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərilib.

Bundan başqa, Bərdə şəhəri Bakı küçəsində yerləşən “Bazarstore” mağazasından oranın işçiləri olan 6 nəfər rayon sakini qidadan zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR